Prezident bu ölkədəki səfirləri geri çağırdı

Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.

 

APA TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Prezident İlham Əliyevin digər sərəncamı ilə Ülvi Vaqif oğlu Baxşəliyev Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezidentin imzaladığı digər sərəncamla Ağalar Rahim oğlu Atamoğlanov Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

 

Pakistandakı səfirimiz Əli Fikrət oğlu Əlizadə də vəzifəsindən geri çağırılıb.

 

Prezident İlham Əliyevin sərəncamı ilə Xəzər Nadir oğlu Fərhadov Azərbaycanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Müəllif | Apa.Tv
Apa.tv