Prezident doğum günü münasibətilə onu təbrik edənlərə təşəkkür edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə rəsmi "Instagram" səhifəsində paylaşım edib.
APA TV xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın öz paylaşımında yerləşdirdiyi videoda Prezident İlham Əliyevin doğum günü münasibətilə ona ünvanlanan təbriklərə görə təşəkkürü əks olunub.