Prezident gənc icra başçısından özündən böyüyə yer verməsini istəyib
Prezident İlham Əliyev növbəti dəfə nümunə ola biləcək addım atıb.
APA TV-nin məlumatına görə, dövlət başçısı bu gün Nahid Bağırovu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı və Mirhəsən Seyidovu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən daha gənc olan M.Seyidovdan özündən böyüyə yer verməsini istəyib.