Prezident Gürcüstanın Müdafiə nazirini qəbul edib

 

Prezident İlham Əliyev Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilini qəbul edib.

APA TV xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmnunluq ifadə olunub.

 

Ölkələrimizin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurğulanıb, Cənub Qaz Dəhlizinin uğurla reallaşmasının önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın, investisiya qoyuluşunun əlaqələrimizin inkişafına töhfə verdiyi bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv