Prezident həbs edilən icra başçısı haqqında sərəncam verdi

Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində Ağstafa Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov saxlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv