Prezident İlham Əliyev Balakəndə bir sıra obyektlərin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev Balakən rayonuna səfər edib.
APA TV xəbər verir ki, dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Balakənə səfəri çərçivəsində Prezident 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında da iştirak edib.
Ölkə başçısına binada yaradılan şərait barədə məlumat verildi.
Daha sonra Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Mərkəzdə yaradılan şəraitlə tanış olan dövlət başçısı, ASAN könüllüləri ilə görüşdü.
İyulun 29-da “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi də istifadəyə verilib.
Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib.
Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.
Ölkə başçısı Balakənə səfəri çərçivəsində “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub.
Prezident İlham Əliyevə təsərrüfat barədə məlumat verildi.