Prezident İlham Əliyev bələdiyyə seçkilərində səs verib
Azərbaycan Prezidenti İlham Əliyev bələdiyyə seçkilərində səs verib.
APA TV xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva səs vermək üçün Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gəliblər.
Prezident İlham Əliyev səsvermə otağına daxil olaraq, seçki bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya salıb.
Sonra birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva səs veriblər.