Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfərə gəlib.

 

APA TV xəbər verir ki, dövlət başçısı Goranboy şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

 

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə son vaxtlar rayonda görülən işlər barədə məlumat verdi.

 

Dövlət başçısı Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə məlumat verdi. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.

 

Daha sonra Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

 

Dövlət başçısı əvvəlcə xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu. Sonra Prezident İlham Əliyev bu tibb ocağının kollektivi ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

 

Azərbaycan Prezidenti “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Goranboy filialının fəaliyyəti ilə də tanış olub.

 

“Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov Prezident İlham Əliyevə müəssisədə yaradılan şərait barədə məlumat verdi.

 

Müəllif | Apa.Tv
Apa.tv