Prezident İlham Əliyev modul tipli növbəti hospitalın videoformatda açılışında iştirak edib
Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışı olub.
APA TV xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev hospitalın açılışında videoformatda iştirak edib.