Prezident İlham Əliyev Şəmkir rayonuna səfərə gəlib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gəlib.
APA Tv xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.
Dövlət başçısı Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun yenidənqurmadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlərlə bağlı məlumat verdi. Prezident İlham Əliyev işlərin keyfiyyətlə görülməsi barədə tapşırıq və tövsiyələrini verdi. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Sonda xatirə şəkli çəkdirildi.
Daha sonra Prezident İlham Əliyev “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimində iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verdi.
Dövlətimizin başçısı kompleksin işə salınmasını bildirən düyməni basdı.
Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşdü.