Prezident İlham Əliyev “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında iştirak edib
Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən panel iclasında iştirak edib.
APA Tv xəbər verir ki, dövlətimizin başçısı panelin moderatorunun suallarını cavablandırıb.
Panel iclasında Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa, “Astana” Beynəlxalq Maliyyə Mərkəzinin rəhbəri Kayrat Kelimbetov, “VTB Bank”ın prezidenti-idarə heyətinin sədri Andrey Kostin, BMT-nin Cenevrədəki ofisinin baş direktoru Tatyana Valovaya iştirak ediblər.