Prezident İlham Əliyev: “Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Facebook” səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib.
APA TV-nin məlumatına görə, paylaşımda qeyd edilib ki neftçi peşəsi hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir, onların əməyi əsl qəhrəmanlıqdır. Bildirilib ki, ölkəmizin uğurlu inkişafında neftçilərin çox böyük rolu var:
“Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir. Biz nə qədər güclü, qüdrətli olsaq, müstəqilliyimiz o qədər də möhkəm olacaq”.