Prezident İlham Əliyev Tovuz rayonuna səfər edib

Prezident İlham Əliyev Tovuz rayonuna səfər edib.

APA TV xəbər verir ki, dövlət başçısı Tovuz şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə ölkə başçısına məlumat verib.

Prezident İlham Əliyev Tovuza zəfəri çərçivəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

Prezident rayonda Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında da iştirak edib. Muzeyin rəmzi açılışını bildirən lenti kəsən Prezident İlham Əliyev muzeylə tanış olub.

Tovuzda həmçinin Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub. Ölkə başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev muzeydə yaradılan şəraitlə tanış olub.

Rayonda Dövlət Rəmzləri Muzeyinin açılışında da dövlət başçısı iştirak edib. Muzeyin rəmzi açılışını bildirən lenti kəsən ölkə başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Tovuzda “ASAN Həyat” kompleksinin açılışı da baş tutub. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlət başçısına məlumat veriblər. Prezident İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub.

Sonra dövlət başçısı “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşüb. Prezident İlham Əliyev görüşdə çıxış edib. Sonda xatirə şəkli çəkdirilib.

Dövlət başçısı rayona səfəri çərçivəsində Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində də iştirak edib. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv