Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

 

APA TV-nin xəbərinə görə, Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

 

Azərbaycanın dövlət himni səsləndirildi.

 

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

 

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

 

 

Müəllif | Apa.Tv
Apa.tv