Prezident İlham Əliyev Zakir Qaralovla telefonla danışıb
Azərbaycan Prezidenti İlham Əliyev Zakir Qaralovla telefonla danışıb.
APA TV xəbər verir ki, telefon danışığı zamanı dövlət başçısı Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib.
Fəaliyyətinə verilən qiymətə görə dərin minnətdarlıq edən Zakir Qaralov Prezidentin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini bildirib.