Prezident İlham Əliyevlə AYİB-in prezidenti arasında videokonfrans keçirilib
Azərbaycan Prezidenti İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti arasında videokonfrans keçirilib.
APA TV xəbər verir ki, videokonfransda Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərliyi, Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Avropa Yenidənqurma və İnkişaf Bankında Azərbaycandan müdir Mikayıl Cabbarov iştirak edib.
Qeyd edək ki, videokonfrans Suma Çakrabartinin təşəbbüsü ilə baş tutub.