Prezident İranın Rabitə və İnformasiya Texnologiyaları nazirini qəbul edib

Prezident İlham Əliyev dekabrın 3-də İranın İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA TV-nin məlumatına görə, iranlı nazir ölkəsinin başçısı Həsən Ruhaninin salamlarını Azərbaycanın dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev minnətdarlığını bildirib, nazirdən onun da salamlarını İranın dövlət başçısına çatdırmağı xahiş edib.

 

Müəllif | Apa.Tv
Apa.tv