Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə nahar edib

Fevralın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Romada İtaliyanın ən böyük maliyyə-bank qurumu olan “Cassa Depositi Prestiti SpA”nın və bu ölkənin dünya səviyyəsində məşhur olan 10-dan çox ən iri, aparıcı sənaye və maliyyə qruplarının rəhbərləri ilə birgə işçi nahar edib.

APA Tv xəbər verir ki, işçi naharda iştirak edən şirkət rəhbərləri Azərbaycanda həyata keçirdikləri fəaliyyətləri barədə məlumat verdilər, həmçinin ölkəmizlə əməkdaşlıq imkanlarının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Müəllif | Apa.Tv
Apa.tv