Prezident İlham Əliyev Küveytə başsağlığı verdi – APA TV
Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib. Bu barədə Küveyt Televiziyası məlumat yayıb. Məlumata əsasən, Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah 86 yaşında vəfat edib. Prezident İlham Əliyev onun vəfatı ilə bağlı başsağlığı verib.
Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabaha ünvanlanan məktubda deyilir: “Qardaşınız – Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq. Bu ağır anlarda dərdinizə şərik çıxır, Sizə, ailənizin bütün üzvlərinə, Küveyt Dövlətinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"
Qeyd edək ki, Küveytin vəliəhdi Şeyx Məşəl əl-Əhməd əs-Sabah yeni əmir elan edilib. Onun 83 yaşı var.