Prezident İlham Əliyev Sankt-Peterburq şəhərinə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının görüşündə iştirak etmək üçün Sankt-Peterburq şəhərinə səfər edib.

 

APA TV-nin xəbərinə görə, Sankt-Peterburq şəhərinin Pulkovo-2 hava limanında dövlət başçısını Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko və digər rəsmi şəxslər qarşılayıblar.

 

Müəllif | Apa.Tv
Apa.tv