12:04 23 iyun 2022 431
Ana səhifə Xəbərlər

Prezident İlham Əliyevin marağına səbəb olan papaq...

Özbəkistana səfəri çərçivəsində Xivə şəhərində bu ölkənin Prezidenti Şavkat Mirziyoyev tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə qəbul təşkil edilib.

 

APA TV xəbər verir ki, qəbulda konsert proqramı təqdim olunub, dövlət başçıları incəsənət ustalarının çıxışlarını dinləyib, onlarla söhbət ediblər.

 

Söhbət zamanı incəsənət ustalarından birinin papağı Azərbaycan Prezidentinin diqqətini çəkib:

 

“Bu papaqlardan bizdə də var. Xarəzm şivəsi, ləhcəsi Azərbaycan dilinə çox oxşayır. Biz bu papağa Buxara papaq deyirik”.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın