Prezident işdən çıxarılan icra başçısına orden verdi
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib.
APA TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Mirdaməd Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. Bakı Maliyyə-Kredit Texnikumunun direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru, Vergilər Nazirliyində Baş İdarə rəisi, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifələrində çalışıb. İqtisad elmləri doktoru, professor Mirdaməd Sadıqov 14 fevral 2013-cü ildə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub, 2020-ci il martın 5-də isə bu vəzifədən azad edilib.