Prezident Qazaxıstan səfirinin etimadnaməsini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 14-də Qazaxıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimovun etimadnaməsini qəbul edib.
APA TV-nin məlumatına görə, səfir Serjan Abdıkarimov fəxri qarovul dəstəsinin qarşısından keçib.
Daha sonra Serjan Abdıkarimov etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Dövlət başçısı səfirlə söhbət edib.