Prezident Qəbələ və Ağdaşda olub
Prezident İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonuna səfərə gəlib.
APA TV-nin məlumatına görə, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyevə son illər rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verilib, sosial-iqtisadi göstəricilərin xeyli yaxşılaşdığı, çoxlu sosial infrastruktur obyekti, istehsal müəssisələrinin yaradıldığı bildirilib. Abidənin yerləşdiyi Heydər Əliyev Parkında isə əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
Dövlət başçısı oradan Qəbələ rayonunun Vəndam qəsəbəsinə gəlib. Burda dekorativ gülçülük istixanasında olub, görülən işlərlə maraqlanıb.
“AzRose” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün bu qəsəbədə istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb. Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara “Made in Azerbaijan” brendi ilə çıxarılacaq. Bundan məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək, həm də bu brend adı altında çeşidin çoxalmasına töhfə verməkdir.
Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. Ölkə rəhbəri yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub. Prezident “Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, yenidən qurulan 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.
Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.
Dövlət başçısı tədbirdə iştirak edib.
Prezidentin səfəri ilə əlaqədar “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC)Qəbələ filialının açılış mərasimi olub.
Prezidenti İlham Əliyev açılışa qatılıb.
Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb:
Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun da yenidənqurmadan sonra açılışı olub.
Ölkə rəhbəri görülən işlərlə maraqlanıb, açılışda iştirak edib:
Prezidenti İlham Əliyev oktyabrın 28-də Ağdaş rayonuna səfər edib.
Dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Ağdaş şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Rayonda görülən işlər, həyata keçirilən layihələr, eləcə də Ulu Öndərin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri barədə Prezidentə məlumat verilib.
Dövlət başçısının səfəri ilə əlaqədar Ağdaş rayonunda yenidən qurulan Qolqəti-Dəhnəxəlil-Qoşaqovaq-Ərəbocağı avtomobil yolunun açılışı olub. Prezident mərasimdə iştirak edib:
Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Sonra dövlət başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb:
Ağdaş Rayon Telekommunikasiya Qovşağında “Şəbəkə” Xidmət Mərkəzi istifadəyə verilib.
Ölkə rəhbəri tədbirə qatılıb:
Dövlət başçısının səfəri çərçivəsində əlamətdar hadisələrdən biri də rayonda Biyan Sənaye Parkının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib: