Prezident Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib

 

Prezident İlham Əliyev dekabrın 9-da Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev geridə qoyduğumuz ili ikitərəfli münasibətlərimizin inkişafında uğurlu tarix kimi səciyyələndirib. Rusiyalı həmkarı ilə mühüm hesab etdiyi görüşləri xatırlayıb. “Yol xəritələri”nin implementasiyası üzrə işin uğurla getdiyindən, Azərbaycanın 1-ci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya səfəri çərçivəsində “yol xəritələri” siyahısının genişləndirilməsi ilə bağlı yeni razılaşmanın əhəməiyyətindən bəhs edilib. “Yol xəritələri”nin reallaşmasının yaxşı nəticələr verdiyini nəzərə alsaq, bu, çox vacibdir. Ona görə də bu siyahıya yeni istiqamətlərin əlavə edilməsi, əlbəttə ki, bizim əməkdaşlığımızın məntiqi davamıdır.

Əmtəə dövriyyəsinin, investisiyaların artması Mehriban Əliyevanın Rusiyaya son səfəri çərçivəsində də müzakirə edilib və vurğulanıb ki, həm Rusiyadan Azərbaycana, həm də Azərbaycandan Rusiyaya çoxmilyardlıq investisiyalar, ilk növbədə, qarşılıqlı etimadın göstəricisidir.

Prezident Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun ilkin görkəmdə bərpa olunmasını məmnuniyyətlə qeyd edib.

Rusiyanın İqtisadi İnkişaf naziri, Rusiya-Azərbaycan Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Maksim Oreşkin ölkəsinin başçısı Vladimir Putinin salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

Dövlət başçısı Rusiya Prezidenti Vladimir Putinin salamlarına görə minnətdarlıq edib, onun da salamlarını çatdırmağı xahiş edib.

Müəllif | Apa.Tv
Apa.tv