Prezident sərəncam imzaladı – CƏMİL ƏLİYEV VƏ MƏZAHİR PƏNAHOVLA BAĞLI
Azərbaycan Respublikasında səhiyyənin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Cəmil Əziz oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
APA TV xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə ölkənin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Məzahir Məhəmməd oğlu Pənahov “Şərəf” ordeni ilə təltif edilib.