Prezident sərəncam imzaladı – GÜNƏŞ ELEKTRİK STANSİYASI TİKİLƏCƏK
Azərbaycan Prezidenti İlham Əliyev qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.
APA TV xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti qoyuluş gücü 230 MVt olan günəş elektrik stansiyasının tikintisi ilə əlaqədar “İnvestisiya müqaviləsi”nin, “Enerji alqı-satqı müqaviləsi”nin, “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi”nin, “Torpaq icarə müqaviləsi”nin, “Birbaşa razılaşma”ların və “Müstəqil mühəndis müqaviləsi”nin imzalanması ilə bağlı zəruri tədbirlər görməli, Hökumət adından imzalanmış müvafiq müqavilələri təsdiq üçün Prezidentə təqdim etməlidir.
Nazirlər Kabineti həmçinin, Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.