Prezident Şərq Tərəfdaşlığı ölkələrinin sammitində iştirak edib

İyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammiti keçirilib.

APA TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitini giriş sözü ilə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel açdı.

Sonra Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen çıxış etdi.

Daha sonra Avropa İttifaqına üzv dövlətlərin və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçıları çıxış etdilər.

Müəllif | Apa.Tv
Apa.tv