Prezident Şuşa haqqında sərəncam imzaladı

Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

 

APA TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

 

Sərəncamda deyilir ki, tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Bu baxımdan, Şuşada dövlət idarəetməsinin və hüquqi tənzimləmənin daha da təkmilləşdirilməsi şəhərdə tarixi-mədəni irsin bərpasına və qorunub saxlanmasına xidmət etməklə yanaşı, onun daim inkişafına şərait yaradacaqdır.

 

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv