Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
Ümummilli lider Heydər Əliyevin vəfatından 16 il keçir.
APA TV-nin məlumatına görə, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Fəxri Xiyabana gələrək onun məzarını ziyarət edib.
Milli Məclisin deputatları, nazirlər, dövlət komitələrinin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri Xiyabana gəlib.
Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın dövlət himni səsləndirilib.
Dövlət başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Ümummilli lider Heydər Əliyevin anım mərasimində Baş Nazir Əli Əsədov, Milli Məclisin Sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev və digər rəsmi şəxslər iştirak edib.