Prezident və Birinci vitse-prezident gənclərlə bağlı paylaşım edib
Azərbaycan Prezidenti İlham Əliyev “Twitter”də gənclərlə bağlı paylaşım edib.
APA-nın xəbərinə görə paylaşımda deyilir: “Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm”.
Birinci vitse-prezident Mehriban Əliyeva da 2 Fevral Gənclər Günü ilə bağlı “İnstagram” səhifəsində paylaşım edib. Paylaşımda deyilir. "Ölkəmizin gələcək tərəqqisi yolunda gənclərimizə uğurlar arzulayıram".