Prezident Vətən Müharibəsində igidlik göstərən hərbçiləri mükafatlandırdı

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. 

 

APA TV-nin məlumatına görə, sərəncama əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş bir qrup hərbi qulluqçu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Dövlət başçısının imzaladığı digər sərəncamla Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 9376 hərbi qulluqçu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib. Bu medala layiq görülən hərbi qulluqçuların 2-si general-leytenant, 3-ü general-mayor, 21-i polkovnikdir.

 

Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

 

Dövlət başçısının daha bir sərəncamı ilə bir qrup hərbi qulluqçu “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilib.

 

Müəllif | Apa.Tv
Apa.tv