Prezidentdən Elnur Əliyevlə bağlı SƏRƏNCAM - APA TV

Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

 

APA TV xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

Qeyd edək ki, 2 gün əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdiyi haqda məlumat yayılıb. Əməliyyat nəticəsində Elnur Əliyevin də istintaqa cəlb edildiyi bildirilib. 

 

Xatırladaq ki, 1979-cu il təvəllüdlü Elnur Əliyev 2021-ci ildə mədəniyyət nazirinin birinci müavini vəzifəsinə təyin edilmişdi. 

Müəllif | Apa.Tv
Apa.tv