17:57 15 oktyabr 2021 209
Ana səhifə Xəbərlər

“Prezidentə məruzə etsinlər ki, bacarmırlar”

“Niyə səhiyyə qurumlarının rəhbərləri icbari tibbi sığorta sahəsində problemlərlə bağlı özlərində güc tapıb prezidentə müraciət etmirlər?”

 

APA TV-nin məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.

 

Deputat bildirib ki, bu sahədə xaricdən mütəxəssislər cəlb etmək lazımdır: “Onlar Prezidentə məruzə etsinlər ki, bacarmırlar. İcbari tibbi sığorta ilə bağlı problemləri aradan qaldırmaq üçün xaricdən mütəxəssislər dəvət edilməlidir. Səhiyyə sahəsində də yanlış qərarlar olur. Bunlardan biri də TƏBİB-in yaradılması olub. Ya bu qurum Səhiyyə Nazirliyinin tabeliyinə verilməli, ya da Səhiyyə Nazirliyi ləğv olunmalıdır”.

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın