Prezidentin köməkçisi: "Ermənistan Xızı və Abşeron istiqamətində raket atıb"

Bu gün Ermənistanın Azərbaycan mülki şəxslərinə və mülki infrastrukturuna qarşı raket hücumları barədə Prezidentin köməkçisi Hikmət Hacıyev tvit yazıb.

APA TV-nin məlumatına görə, H.Hacıyev qeyd edib ki, ölkənin ikinci ən böyük şəhəri olan Gəncəyə 4+ kasset tipli “Smerç” raketləri atılıb. 

Xızı və Abşeron bölgəsinə isə iki 300 km məsafəli orta mənzilli raket atılıb.

Su anbarı və elektrik stansiyasının olduğu Mingəçevirə də iki raket atılıb.

Müəllif | Apa.Tv
Apa.tv