Prezidentin "medalların yaxana sığmaz" dediyi Hacıdan maraqlı açıqlama

Bu görüş ötən gün baş tutub. Aprelin 8-də Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Görüşdə  diqqətçəkən məqam ölkə başçısının üçqat düya çempionu Hacı Əliyevlə səmimi dialoqu olu.

APA TV olaraq, dünya çempionumuzun prezidentlə görüşdən sonrakı təəssüratlarını öyrəndik. Bir  neçə dəfə Prezident İlham Əliyevlə görüşən Hacı Əliyev hər görüşün onun üçün tarixi an olduğunu söylədi. Bildirdi ki, hər görüşdə ölkə başçısının göstərdiyi səmimiyyət və Azərbaycan idmanına qayğısı Hacının irəlidə daha böyük uğurlar qazanmasına səbəb olur.

Müsahibimiz deyir ki, ölkəmizin bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında yüksək nəticələr qazanması deməyə əsas verir ki, Azərbaycan dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilib:

Xatırladaq ki,  Hacı Əliyev  2014-cü ildə Daşkənddə, 2015-ci ildə Las-Veqasda, 2017-ci ildə isə Parisdə baş tutan Dünya Çempionatının qalibi olub. 2014-cü ilin Avropa çempionu olan Hacı Əliyev 2015-ci ildə I Avropa Oyunlarının və 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını qazanıb. Hacı Əliyev 2015-ci ildə "Tərəqqi" medalı, 2016-cı ildə isə "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilib. O, həm də 2014, 2015 və 2016-cı illərdə Gənclər və İdman Nazirliyinin təsis etdiyi "İlin ən yaxşıları" mükafatına layiq görülüb.

AYTƏN SAKİTQIZI,

CEYHUN MİRZƏYEV,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv