Prezidentin mükafatlandırdığı gənclər kimlərdi? - VİDEO

Bu gün Azərbaycan Gənclər Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində panel keçirilib.

 

Forumda Prezident İlham Əliyevin sərəncamı ilə elm, təhsil, mədəniyyət, gənclər siyasəti, gənclərlə iş sahələrində fərqləndiyinə görə mükafatlandırılan şəxslər də iştirak ediblər.

 

Ötən gün Prezidentin sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülən Lalə Axundova deyir ki, 2014-cü ildə Bakı Dövlət Universitetinin bakalavr pilləsi üzrə təhsil alıb: “2017-ci ildə Hollandiyada tibbi biologiya üzrə magistratura təhsili almışam. 2018-ci ildə Molikulyarbiologiya və Biotexnologiya İnstitutuna biologiya ixtisası üzrə qəbul olmuşam. Elmi fəaliyyətimi yüksək mükafatlandırdığına görə cənab prezidentə təşəkkürümü bildirirəm”.

 

Gənclər Formunda qonaq qismində iştirak edənlər sırasında 44 günlük Vətən Müharibəsinin iştirakçıları olmuş gənc vətənpərvərlər də yer alıb. Onlardan biri də Denis Quzlayevdir: “Dərin təşəkkürümü bildirmək istəyirəm cənab Prezidentə və birinci xanıma. Çox şadam ki bu gün bu forumda iştirak edə bildim”.

 

Prezidentlə görüşən gənclərdən biri də Əsa teatrının aktrisası Cəmilə Məmmədlidir: “Bir gənc kimi Prezidentlə görüşmək mənim üçün çox qürur verici hadisədir. Ən çox xoşuma gələn digər gənclərin qaldırdıqları problemləri eşitmək və onların pəncərəsindən baxmaq. Prezidentimizin də verdiyi cavablardan nəticə çıxarmaq idi. Mənim üçün çox faydalı bir gün keçdi deyə bilərəm”.

 

Daha sonra paneldə çıxış edənlər gəncləri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev

Axundova Lalə Əhməd qızı

Bayramova Emiliya Polad qızı

Əliyev Azər Ruslan oğlu

Gülaliyeva Səyyarə Müşfiq qızı

Hidayətov Coşqun Hikmət oğlu

Hüseynov Orxan İsa oğlu

Xəlilli Əliqənbər Yadigar oğlu

Qasımov Əziz Kamal oğlu

Quliyev Azər Alik oğlu və

Muradov Suad Rəşad oğluna Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Müəllif | Apa.Tv
Apa.tv