Prezidentlər açılışda nə danışıb?

Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində Azərbaycan və Türkiyə Prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında maraqlı dialoq yaşanıb. 

 

APA TV xəbər verir ki, hava limanının açılış rəmzini bildirən lenti kəsərkən Türkiyə Prezidenti qayçının qızıldan olub-olmadığı ilə maraqlanıb: 

 

Ərdoğan:  İlham qardaşım, bu qızıldırmı? 

 

İlham Əliyev: Qızıla bənzəyir. Ancaq siz ki kəsəcəksiniz, qızıldan da qiymətlidir…

 

Ərdoğan:  Zəngilan hava limanımız öncə Azərbaycan, sonra dünya üçün xeyirli olsun. 

 

Daha sonra Türkiyə prezidenti kəsilən lenti qayçıya dolayaraq, İlham Əliyevdən bunu “götürə bilərəm?” deyə soruşub. İlham Əliyev isə cavabında bunun “ gözəl bir xatirə” olacağını bildirib.  

 

Müəllif | Apa.Tv
Apa.tv