Priqojin elan etdi: Baxmutdan çıxırıq

“Bu gündən etibarən “Vaqner” bölmələri Baxmutdan çıxır”.

Bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.

“Bölmələrimizi bu gündən etibarən Baxmutdan çıxarırıq. İyunun 1-nə kimi bütün əsas hissələr arxaya köçürüləcək. Mövqeləri, sursatları, hətta quru ərzaq payını da hərbçilərə veririk. Əgər hərbçilərə çətin olsa, Baxmutun ələ keçirilməsində əsas rol oynayanları saxlayacağıq”, - Priqojin bildirib.

Müəllif | Apa.Tv
Apa.tv