Priqojin Putinlə görüşüb – Qərb kəşfiyyatı açıqladı

 

Son bir neçə gündür ki, “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Moskvadadır. Eyni zamanda o, Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Lent.az məlumat yayıb ki, bu barədə Fransanın “Liberation” nəşri Qərb kəşfiyyatındakı mənbələrə istinadən yazıb. Görüşün böyük ehtimalla iyulun 1-də baş tutduğu bildirilir. Nəşrin məlumatına görə, Priqojin general Viktor Zolotov və prezidentin ən sadiq davamçılarından biri olan Rusiya Milli Qvardiyasının komandiri ilə də görüşə bilib. Onun Rusiya Xarici Kəşfiyyatının rəhbəri Sergey Narışkinlə görüşdüyü də bildirilir. Priqojinin Kremlin yüksək vəzifəliləri ilə görüşlərinin təfərrüatları hələlik açıqlanmır.

Müəllif | Apa.Tv
Apa.tv