Priqojinin eyni tarixdə bir neçə yerdə görüldüyü iddia edilir
“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə oxşayan şəxs iyunun 26-sı və 28-də Sankt-Peterburqda görünüb. Bu barədə “Qafqazinfo” xəbər verir.. Rus xəbər mənbələrinin iddiasına görə, Priqojinlə əlaqəli olan binalardan birində ona oxşar adam iyunun 26-da Trezzini hotelinin yaxınlığında görünüb. Mənbə iddia edir ki, guya o, hoteldə tabeliyində olan işçilərlə görüş keçirib. Qeyd edək ki, iyunun 24-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Priqojinin Belarusa gedəcəyini açıqlamışdı. Belarus prezidenti Aleksandr Lukaşenko isə onun Belarusda olduğunu təsdiqləyib. Bu arada bəzi bəzi internet xəbər qaynaqları isə Priqojinin olduğu, bort nömrəsi RA-02795 olan təyyarənin Minskdən Moskva istiqamətində uçduğunu idda edib. Eyni zamanda, yenə də, “Vaqner” rəhbərinin olduğu deyilən bort nömrəsi RA-02878 olan “Hawker Siddeley HS-125” təyyarəsinin Minskdən Sankt-Peterburqa uçduğu bildirilib.