“Prius”ların cərimə meydançasına aparılmasına aydınlıq gətirildi

“Prius”ların cərimə meydançasına aparılmasına aydınlıq gətirildi – APA TV Sosial şəbəklələrdə Bakıda taksilərə qarşı reyd başlaması ilə bağlı video yayılıb. Videoda avtomobilinin cərimə meydançasına salındığını deyən "Prius" sürücüsü bildirib ki, üzərində taksi şirkətinin reklamı olan və taksi fəaliyyəti üçün sertifikatı, buraxılış kağızı olmayan avtomobillər yol polisi tərəfindən saxlanılaraq, cərimə meydançasına aparılır. Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mövqeyini öyrənməyə çalışdıq. Bildirildi ki, taksailərə qarşı reyd başladılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Qeyd edək ki, ötən ay Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

ORXAN ASLAN APA TV

Müəllif | Apa.Tv
Apa.tv