18:00 24 yanvar 2023 132
Ana səhifə Xəbərlər

Prokuror anasını öldürən yeniyetməyə cəza istəyib

Bakıda anasını qətlə yetirməkdə ittiham olunan 17 yaşlı İdeal Məmmədzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror İdeal Məmmədzadənin verilmiş ittihamla təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, hadisə ötən ilin aprel ayında metronun “Nizami” stansiyasının yaxınlığında qeydə alınıb.

Rəsmi məlumata görə, aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın