Prokuror direktorun tutulması üçün təqdimat verdi – APA TV

Masalıılda vəzifəli şəxs həbs edilib. APA-nın Cənub bürosu xəbər verir ki, Masallı rayon Musaküçə kənd tam orta məktəbinin direktoru Cahangirov İlqar Abbas oğlu həbs edilib. Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-nın Cənub bürosuna bildiriblər ki, İlqar Cahangirov 31 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2,179.2.3,179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Qeyd edək ki, direktor, ötən il Maliyyə Nazirliyinin həmin məktəbdə apardığı yoxlamanın nəticəsində xeyli qanunazidd əməl aşkarlanması, bununla yanaşı, işə götürmək adı ilə aldadaraq vətəndaşdan külli miqdarda pul alması faktına görə təqsirli bilinir. Onun barəsində Masallı rayon prokurorunun təqdimatı əsasında Masallı rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib. İlqar Cahangirov 2016-cı ildən Musaküçə kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Müəllif | Apa.Tv
Apa.tv