Prokurorluq: Sentyabrın 27-dən bu günədək 91 nəfər həlak olub, 405 nəfər yaralanıb

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

 

Bundan başqa, 461 mülki obyekt, 97 çoxmənzilli yaşayış binası və 2 488 yaşayış evi yararsız vəziyyətə düşüb.

 

Müəllif | Apa.Tv
Apa.tv