Psixiatr bu şəxslərin ömürlük müalicəyə göndərilməsini təklif edir

Psixiatriya Xəstəxanasında qeydiyyatda olan 40 yaşlı Sərkar Həsənov 11 yaşlı Ömər Məmmədlini bıçaqlayıb. Onun azyaşlını aralarında yaranmış mübahisə zəminində bıçaqladığı deyilir. Bu ruhi xəstələr tərəfindən törədilən ilk belə hadisə deyil. Belə hücum və hətta qətl hadisələri daha əvvəllər də dəfələrlə baş verib. Hüquqşünas Şamil Paşayev bildirir ki, cinayət törətmiş psixi pozuntusu olan şəxslərlə bağlı psixiatrik ekspertiza əsasında qərar verilir. Psixiatr Abdulla Şıxlinski deyir ki, psixiatrik xəstəxanadan çıxan şəxslər sonrakı dövrdə tamamilə nəzarətsiz qalır, nəzarəti təmin etmək üçün xüsusi mexanizm olmalıdır. Psixiatır sosial təhlükəli ruhi xəstələrin məhkəmə qərarı ilə ömürlük müalicəyə göndərilməsinin xarici təcrübədə də olduğunu qeyd edib. ORXAN ASLAN HƏZRƏT BAYRAMLI APA TV

Müəllif | Apa.Tv
Apa.tv