Pulunu ver, xəyanəti ortaya çıxartsınlar
Ümumiyyətlə, sevgili yoxlamaq hissi niyə yaranır? Son dövrlər bu cür xidmətlərin sayı niyə durmadan artır? Bu və ya digər suallarımıza psixoloq Samirə Bağırova cavab verdi. Müsahibimiz həmçinin münasibətlərin tez bitməsində güvənsizliyin rolundan danışdı. Bəs bu güənsizliyi yaradan səbəblər nələrdir? Həmsöhbətimiz sonda onu da qeyd etdi ki, başqa insanların münasibətə müdaxiləsi də güvənsizlik yaradır. Bu da münasibətin bitməsinə gətirib çıxarır. Hüquqşunas Ruslan Vəliyev isə bildirdi ki, bu fəaliyyətlə məşğul olmaq qanunla qadağandır. Müsahibimiz, həmçinin vergi ödəməkdən yayınan insanlar barəsində həyata keçirilən qanuni tənzimləmədən danışdı. Bəs bu tənzimlənmə ilə bağlı nələri bilməliyik? Həmsöhbətimiz sonda onu da əlavə etdi ki, xarici ölkələrdə dedektivliklə məşğul olmaq mümkün olsa da, bu fəaliyyət növü ölkəmizdə mövcud deyil və qanunvericiliyə əsasən icazə verilmir.
İLKİN HƏSƏNOV APA TV