Putinin Prezidentlik dövründə 2 ən ağır günü - ÖZÜ ETİRAF ETDİ
Vladimir Putin hakimiyyəti dövründə onun üçün ən ağır hadisələri açıqlayıb.
APA TV “Reuters”ə istinadən məlumatına görə, bu barədə Rusiyanın dövlət başçısı dekabrın 19-da ənənəvi mətbuat konfransında danışıb.
O, Beslan və Dubrovkada törədilən terror aktlarının adını çəkib. və həmin hadisələri unutmayacağını deyib. “Sizi tarixi şəxs adlandırmaq olarmı?” sualına cavabında isə Rusiya lideri bildirib ki, bu sualı cavablandırması düzgün olmazdı. “Hesab edirəm ki, mənim fəaliyyətimi gələcək nəsillər qiymətləndirməlidir” - deyə, Kreml rəhbəri vurğulayıb.