Putin Türkiyəyə nə vaxt gələcək?

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri fevral ayının ikinci yarısında baş tuta bilər.

 

APA TV xəbər verir ki, bu barədə A Haber telekanalı məlumat yayıb.

 

Qeyd olunub ki, Putinin Türkiyə səfərinin dəqiq tarixi Pekin Qış Olimpiya Oyunlarından sonra dəqiqləşəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv