Putindən Qarabağ açıqlaması – APA TV
“Qarabağ nəticə etibarı ilə indi deyil, ötən ilin oktyabrında Praqada keçirilən görüşdə Ermənistan Baş naziri Paşinyanın Qarabağla bağlı bəyanatından sonra Azərbaycanın tərkib hissəsi oldu. Hansı ki, həmin bəyanatla Qarabağın statusu köklü şəkildə dəyişdi.
Yəni ki, Ermənistan Qarabağın statusunu müəyyən etdi. Ermənistan etiraf etdi ki, Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir”. Bunu Rusiya Prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının iclasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. Putin Qarabağdakı Rusiya sülhməramlılarının gələcək taleyi barədə də danışıb. Putin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanma perspektivi ilə bağlı sualı da cavablandırıb.
Bildirib ki, Rusiya sülh müqaviləsinin imzalanmasına yardım etməyə hazırdır. Sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı sadəcə texniki xarakterli problemlər mövcuddur deyən Vladimir Putinin fikrincə tərəflərin iradəsi ilə bunu həll etmək mümkündür.